Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir 28 May – Respublika günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi, Azərbaycan xalqını və Hökumətini Sudan xalqı, Hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən məmnunluğumu bildirir, bu əlaqələrin gələcəkdə daha da inkişaf etməsini diləyirəm.
Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına isə rifah və tərəqqi arzu edirəm”.
Qeyd edək ki, Küveyt Dövləti Nazirlər Şurasının sədri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah da Prezident İlham Əliyevə oxşar təbrik məktubları ünvanlayıblar.
1news.az