Separatçılar əcnəbilərin Dağlıq Qarabağa qeyri-qanuni səfərlərini gizlətmək üçün onların pasportlarına möhür vurmurlar | 1news.az | Xəbərlər
Siyasət

Separatçılar əcnəbilərin Dağlıq Qarabağa qeyri-qanuni səfərlərini gizlətmək üçün onların pasportlarına möhür vurmurlar

16:19 - 06 / 06 / 2016
Separatçılar əcnəbilərin Dağlıq Qarabağa qeyri-qanuni səfərlərini gizlətmək üçün onların pasportlarına möhür vurmurlar

Dağlıq Qarabağ separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əcnəbilərin qeyri-qanuni səfərlərini gizlətmək üçün yeni varianta əl atıblar.

1news.az-ın telegraf.by-a istinadla verdiyi xəbərə görə, belaruslu səyyah Pavel Andreyevskinin Dağlıq Qarabağa səfəri ilə bağlı saytda dərc olunmuş yazısından aydın olur ki, erməni separatçıları artıq Dağlıq Qarabağa səfər edən əcnəbi vətəndaşların pasportlarına möhür vurmurlar.

“Əvvəllər pasporta vurulan möhürə görə, Azərbaycan şəxsin Dağlıq Qarabağa səfər etdiyini müəyyənləşdirə və asanlıqla respublika ərazisinə daxil olmasını qadağan edə bilirdi. Bunun da qanuni əsasları var. Axı Dağlıq Qarabağ rəsmi olaraq Azərbaycanın işğal olunmuş ərazisidir. Əgər Azərbaycanın möhürü olmadan həmin əraziyə səfər edirsənsə, ölkə ərazisində qanunsuz girmiş olursan. Təbii ki, bilsələr, bu cinayət üçün səni Azərbaycandan deportasiya gözləyir”.

Pavel Andreyevski yazısında Dağlıq Qarabağın gəzməli yerləri barədə məlumat verir, daha çox Şuşadan ətraflı bəhs edib.

Qeyd ki, belaruslu gənc səyyah P.Andreyevski dünya səyahətinə çıxıb. Bir ildən çoxdur ki, o, avtostoplarla dünyanı gəzir, yerli sakinlərin evlərində qalır. Daha əvvəl də Dağlıq Qarabağa getdiyi üçün onun adı ötən ilin iyununda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınıb.

1news.az

Paylaş:
526

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər