Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini apelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.
1news.az