Kafedə əxlaqsızlıq yuvası təşkil edən qadın tutuldu
Polis əməkdaşları kənddəki kafedə əxlaqsızlıq yuvası təşkil edən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Fazilə Səfərovanın Səmədəbad kəndi ərazisində icarəyə götürdüyü kafedə gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
1news.az
603