Ziya Məmmədov “Fəxri dəmiryolçu” mükafatı ilə təltif olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ziya Məmmədov “Fəxri dəmiryolçu” mükafatı ilə təltif olunub - FOTO

20:09 - 08 / 06 / 2016
Ziya Məmmədov “Fəxri dəmiryolçu” mükafatı ilə təltif olunub - FOTO

İyunun 8-də Bakıda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və rusiyalı həmkarı Maksim Sokolov arasında görüş keçirilib.

1news.az-a Nəqliyyat Nazirliyindən verilən xəbərə görə, qarşılıqlı dostluq və anlaşma şəraitində keçən görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan və Rusiyanın nəqliyyat qurumları arasında əməkdaşlığın mövcud vəziyyəti müsbət qiymətləndirilib.

Tərəflər beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın inkişafının vacibliyini, eyni zamanda hər iki ölkənin tranzit potensialının inkişafı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, yüklərin daşınması zamanı təhlükəsizliyin təmin edilməsi və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi istiqamətində görüləcək tədbirlərin əlaqələndirilməsini qeyd ediblər.

Görüşdə, həmçinin nəqliyyat kompleksində innovasiyalılıq səviyyəsinin yüksəldilməsinin zəruriliyi, təhlükəsizlik səviyyəsinin artırılması və ətraf mühitə nəqliyyatın zərərli təsirinin azaldılması istiqamətində məsələlərin həll edilməsi vurğulanıb.

Bundan başqa, əlavə yük axınlarının cəlb edilməsi məqsədilə ölkələrimiz arasında həyata keçirilən daşımalar prosesində yaranan süni maneələrin aradan qaldırılmasının vacibliyi, nəqliyyat prosedurlarının sadələşdirilməsi və nəqliyyat sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması qeyd olunub.

Tərəflər beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtodaşıyıcıların qarşılıqlı olaraq ölkələrinin ərazisində qalma müddətləri, eyni zamanda ümumi istifadədə olan avtomobil yollarına maksimal çəkisi 12 tondan yuxarı olan nəqliyyat vasitələrinin vurduğu ziyanın əvəzinə ödənişlərin tətbiqi məsələsinə, 2016-cı ilin iyul ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq avtomobil əlaqələri sahəsində Qarışıq Komissiyanın növbəti iclasında baxılması barədə razılığa gəliblər.

Beynəlxalq avtomobil əlaqələri sahəsində daşımaların inkişaf etdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edən nazirlər, Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında Saziş layihəsinin hazırlanması barədə razılığa gəliblər. Görüşdə, həmçinin birgə infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyi, o cümlədən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) - Samur (Azərbaycan Respublikası) sərhəd-keçid məntəqələri arasında Samur çayı üzərində avtomobil körpüsünün tikintisi məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında 2013-cü ilin 13 avqust tarixində imzalanmış Sazişin həyata keçirilməsinin zəruriliyi qeyd olunub. Ziya Məmmədov və Maksim Sokolov, həmçinin  Azərbaycan və Rusiya arasında dəniz daşımaları prosesində yaranan məsələlərin həlli üçün mütəxəssislər səviyyəsində tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. İki ölkənin nəqliyyat nazirləri dövlətlərarası mövcud nəqliyyat əlaqələrini yüksək qiymətləndirərək nəqliyyat sahəsində qarşıya çıxan məsələlərin və problemlərin operativ həlli və əməkdaşlığın gələcək inkişafı üçün mütəmadi olaraq görüşlərin keçirilməsini qeyd ediblər.

Tədbirin sonunda nəqliyyat naziri Ziya Məmmədov dəmir yolunun inkişafında göstərdiyi xüsusi xidmətlərə, dəmir yolu nəqliyyatı problemlərinin həllində fəal və effektli əməkdaşlığa görə Rusiya Federasiyası nəqliyyat naziri Maksim Sokolov tərəfindən “Fəxri dəmiryolçu” mükafatı ilə təltif olunub.

1news.az

Paylaş:
789

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər