Ermənistana keçən Azərbaycan vətəndaşı psixoloji dispanserdə qeydiyyatda idi
7 iyun tarixində Ermənistan ərazisinə keçən azərbaycanlı qadının şəxsiyyəti müəyyənləşib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası müvafiq dövlət strukturları ilə birgə əməliyyat zamanı 7 iyun tarixində Ermənistan tərəfinə keçən azərbaycan vətəndaşının şəxsiyyətini müəyyən edib.
1news.az Dövlət komissiyasına istinadən xəbər verir ki, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızıdır.
Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.
Xatırladaq ki, erməni KİV-ində həmin gün yayılan informasiyaya görə Tovuz rayonunun Yanıxlı kənd sakini Zöhrə Vardzar qızı Vəliyeva (1977-ci il doğumlu) ermənistan sərhəddini keçdiyi iddia olunurdu.
Bu haqda Ermənistanın əsir və itkin düşənlər, girov götürülənlərlə bağlı işçi qrupun rəhbəri Armen Kaprielyan bildirib. Hal hazırda şəxslə bağlı əlavə məlumat əldə etmək üçün araşdırmalar davam edir.
İstisna edilmir ki, azərbaycanlı xanım sadəcə olaraq yolunu itirib və səhvən ermənistan tərəfə keçib. Bu hadisələr ilk dəfə deyil- belə ki, 5 sentyabr 2014-cü il tarixində Erməni silahlı qüvvələri azərbaycan vətəndaşı- Tərtər rayon sakini, 15 yaşlı Cavid Məmmədovu əsir götürüblər. Məlum olduğuna görə o, yolunu itirərək erməni tərəfə keçib.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan vətəndaşının Ermənistana keçməsi məsələsi araşdırılır
Qırmızı Xaç təsdiq edib ki, Azərbaycan vətəndaşı Ermənistanda saxlanılır
1news.az