“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri təyin edildi

20:56 - 10 / 06 / 2016
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev V.A.Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzaladı.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin.

1news.az

Paylaş:
1406

Son xəbərlər

Bütün xəbərlər