AVRO-2016: İspaniya və İtaliya qələbə ilə başladı - VİDEO
Dünən AVRO-2016-nın qrup mərhələsi çərçivəsində daha 3 oyun keçirilib.
1news.az-ın məlumatına görə, turnirin son qalibi İspaniya yığması Çexiya ilə qarşılaşıb. Cerard Pikenin 87-ci dəqiqədə vurduğu yeganə qol komandasına qələbə qazandırıb.
Daha sonra İrlandiya və İsveç yığmaları üz-üzə gəlib. Görüşdə hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.
Günün son qarşılaşması isə Belçika və İtaliya arasında keçırilib. Maraqlı mübarizə şəraitində keçən oyunda italyanlar 2-0 hesabı ilə qələbə qazanıblar.
Avropa çempionatı
Qrup mərhələsi
13 iyun
D qrupu
İspaniya - Çexiya - 1:0
Qol: Xerard Pike, 87
E qrupu
İrlandiya - İsveç - 1:1
Qollar: Ues Hulahan, 47 - Klark, 70 (öz qapısına)
Belçika - İtaliya - 0:2
Qollar: Emanuele Giaçerini, 32, Pelle, 90+3
1news.az