Laos prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
Laos Xalq Demokratik Respublikasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az dövlət başçısının rəsmi sytına istinadən xəbər verir ki, məktubda bildirilir:
"Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri və əməkdaşlıq gələcək illərdə xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək.
Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə daha böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".
1news.az