Köln şəhərində ispan turistlərə hücum edən 6 rusiyalı futbol fanatı saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Köln şəhərində ispan turistlərə hücum edən 6 rusiyalı futbol fanatı saxlanılıb

23:29 - 16 / 06 / 2016
Köln şəhərində ispan turistlərə hücum edən 6 rusiyalı futbol fanatı saxlanılıb

Yeddi rusiyalı futbol fanatı Almaniyanın Köln şəhərində ispan turistlərlə dalaşıb, onlardan altısı saxlanılıb.

1news.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə polis nümayəndəsi məlumat verib.

"Təqribən 20:00-da Köln kilsəsi qarşısında onlar tərəfindən üç ispana hücum olub. Altısı saxlanılıb, biri qaçıb. Onların üzərində Rusiya-İngiltərə matçına bilet olub, matçda iştirak edib-etmədiklərini bilmirik. Onların Fransadan deportasiya olunub-olunmadıqları da bizə məlum deyil", - deyə agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, bütün saxlanılanların üzərində Moskva təyyarəsinə bilet olub.

Faktla bağlı Rusiya konsulluğu hələ ki, şərh verməyib.

1news.az

Paylaş:
430

Son xəbərlər

Xalq Bank 20 il

Bu gün, 16:42
Bütün xəbərlər