Moskvada yazıçı Anarın məqalələr toplusunun təqdimatı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada yazıçı Anarın məqalələr toplusunun təqdimatı keçirilib - FOTO

14:10 - 17 / 06 / 2016
Moskvada yazıçı Anarın məqalələr toplusunun təqdimatı keçirilib - FOTO

İyunun 14-də Moskvada Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yeni ikicildliyinin, eləcə də “Sizsiz” məqalələr toplusunun təqdimatı keçirilib.

Rusiyanın aparıcı nəşriyyatlarında  - “Bədii ədəbiyyat” və “Zaman” («Художественная литература» və «Время») nəşr olunan kitablarda yazıçının daha əvvəllər Moskvada nəşr olunmuş məşhur məqələləri ilə yanaşı, eləcə də yaxın zamanlardakı yaradacılıq nümunələri də yer alıb.

İkicidlikdə yazıçının “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ qoyun, qara qoyun”, “Otel otağı” və digər məşhur romanları, həmçinin Anarın “Gözə qarşı amulet” adlı yeni povesti də yer alıb.

“Sizsiz” məqalələr toplusunda eyniadlı roman, müxtəlif illərdə yazılmış məqalələr və “Gecə fikirləri” adlı məşhur esse də dərc olunub.

“Ocaq” cəmiyyəti tərəfindən təşkil olunmuş görüşdə Azərbaycan və Rusiya ictimai xadimləri, Rusiyanın məşhur jurnallarının redaktorları, məşhur ədəbi tənqidçilər, uzun illərdir Rusiyada Anarın yaradıcılığını izləyən və sevən pərəstişkarları iştirak ediblər.

Görüşdə Rusiya Rəssamlıq Akademisyasının vitse-prezidenti Tahir Salahov, “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli, “Xalqlar dostluğu” jurnalının baş redaktoru Aleksandr Ebonaidze, məşhur ədəbi tənqidçi Lyudmila Lavrova, Azərbaycanın Rusiyadakı Səfirliyinin məşləhətçisi Vüqar İmaməliyev və başqaları yazıçıya ürək sözlərini bildiriblər.

Çıxış edənlər nəşr olunan kitabların Rusiya üçün vacibliyini vurğulayaraq, Anarın yaradıcılığı ilə bağlı xatirə və təəssüratlaını bölüşüblər. Həmçinin onlar hər kəsin həyatında ədəbiyyatın vacib rol oynadığını da vurğulayıblar.

Müəllif sonda hər kəsə təşəkkürünü bildirib.

1news.az

 

Paylaş:
525

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər