Argentina xəbər portalında Bakıda keçirilən Formula 1 yarışı ilə bağlı məqalə dərc olunub | 1news.az | Xəbərlər
FORMULA 1

Argentina xəbər portalında Bakıda keçirilən Formula 1 yarışı ilə bağlı məqalə dərc olunub

21:37 - 17 / 06 / 2016
Argentina xəbər portalında Bakıda keçirilən Formula 1 yarışı ilə bağlı məqalə dərc olunub

İyunun 15-də Argentinanın “Diario Jornada” xəbər portalında ölkəmizdə keçirilən Formula1 Avropa Qran-pri yarışları ilə bağlı “Bakı, Formula 1-in yeni ünvanı” başlıqlı məqalə yerləşdirilib.

1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin fəaliyyəti nəticəsində dərc edilən məqalədə bildirilir ki, 90-cı illərdən etibarən Formula 1 təqviminə bir sıra yeni şəhərlər əlavə olunub, lakin cümə günü bu yarışların tarixində yeni səhifə açılır və ilk dəfə olaraq Bakı şəhəri həmin yarışlara ev sahibliyi edəcək.

Məqalədə habelə Bakı Şəhər Halqası barədə məlumat verilmiş, 20 döngəsi olan həmin halqanın yarış təqvimində genişliyinə görə ikinci olduğu göstərilib. 

Daha sonra məqalədə Bakı şəhəri haqqında məlumat verilib, şəhərin qədim hissəsində yerləşən Şirvanşahlar sarayı və Qız qalasının 2000-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edildiyi, Bakıda 57-ci “Eurovision” musiqi yarışmasının, Birinci Avropa Oyunlarının keçirildiyi, şəhərin 2020-ci ildə futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcəyi qeyd olunub. 

Məqaləyə həmçinin Formula 3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin yarış maşınında Bakı Şəhər Halqasında həyata keçirdiyi sınaq yürüşünü əks etdirən video əlavə olunub.

1news.az

 

Paylaş:
1100

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər