Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Kambocanın kralı Norodom Sihamoni 28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Kamboca xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və dost Azərbaycan xalqına xoş arzularımı çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək”.
Qeyd edək ki, Malayziyanın “Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Datuk Van Zulkifli də Prezident İlham Əliyevə analoji təbrik məktubu göndərib.
1news.az