Dövlət Gömrük Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 23-də saat 10:30-da Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında (Heydər Əliyev prospekti 2) vətəndaşları qəbul edəcək.
1news.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, qəbul zamanı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 22-si saat 10:30-dək 195 Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-01-54 ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
S.X