“Formula-1”də növbəti qəza baş verib – VİDEO | 1news.az | Xəbərlər
İdman

“Formula-1”də növbəti qəza baş verib – VİDEO

18:15 - 18 / 06 / 2016
“Formula-1”də növbəti qəza baş verib – VİDEO

Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisinin üçüncü test yürüşündə növbəti qəza baş verib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Force İndia” komandasının pilotu Serxio Peres qəzaya uğrayıb. Pilot bolidini 14-cü döngədə trekin ətrafındakı təhlükəsizlik hasarına vurub. Xoşbəxtlikdən S.Peres xəsarət almayıb.

Qeyd edək ki, dünən keçirilən birinci test yürüşündə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo idarəetməni itirərək bolidi divara çırpmışdı.

1news.az

 

Paylaş:
1129

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər