“Azərsu” Masallıda yeni layihələr həyata keçirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsu” Masallıda yeni layihələr həyata keçirir - FOTO

16:45 - 20 / 06 / 2016
“Azərsu”  Masallıda yeni layihələr həyata keçirir  - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində iri şəhər və rayon mərkəzləri ilə yanaşı, içməli su çatışmazlığı  müşahidə edilən kəndlərdə də layihələr həyata keçirir. Belə layihələrdən biri Masallı rayonunun  içməli su mənbələri məhdud olan Muğanlı zonasında  icra edilir.

1news.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, Masallı rayonunun Muğanlı zonasında yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi 24 kəndi əhatə edir. Layihə çərçivəsində Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Xoşçobanlı, Mollahəsənli və Qədirli kəndlərində yaşayan 30 mindən çox sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək nəzərdə tutulub.

Həmin kəndləri içməli su ilə təmin etmək üçün daha məhsuldar və etibarlı mənbədən istifadə olunması qərara alınmış və su mənbəyi Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğu seçilmişdir. Qeyd edək ki, “Masallı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində inşa edilən qurğunun tikintisi yekunlaşmaq üzrədir.

Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyindən müxtəlif diametrli borularla  20 km-ə yaxın magistral xətti inşa edilib.  Eyni zamanda 5 kəndi - Şərəfə, Sığıncaq, Məmmədxanlı, Kürdəbazlı və  Bala Təklə  kəndlərini içməli təmin etmək məqsədilə həmin kəndlərdə  ümumi uzunluğu 4,5 km su xətləri çəkilib. Hazırda bu sahədə işlər yekunlaşmaq ərəfəsindədir və yaxın vaxtlarda həmin kəndlərə içməli suyun verilməsi təmin olunacaqdır. Növbəti mərhələdə isə Muğanlı zonasının digər kəndlərində də işlərə başlanılacaqdır.  

Qeyd edək ki, Muğanlı zonasında yerləşən yaşayış məntəqələrində içməli su təchizatı sistemləri mövcud deyil və sakinlər tələbatını fərdi qaydada ödəyirlər.

1news.az

Paylaş:
589

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər