İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Bağırov Kamil Zülfi oğlu
Əliyeva Yaqut Qəşəm qızı
Məmmədov Qağayı Məmmədağa oğlu
Zülfüqarov Əliheydər Nizami oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Bədirov Miryəhya Rəsul oğlu
Əliyev Zirəddin Çoban oğlu
Həsənova Güney Elşən qızı
Hüseynov Oqtay Nəsir oğlu”.
1news.az