İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb
Gömrük işçiləri İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama nəticəsində vətəndaşın üzərindən – sağ və sol ayağına geydiyi idman ayaqqabısının içərisindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə, iki ədəd bağlama və bir ədəd bükümdə, ümumi xalis çəkisi 149.030 (yüz qırx doqquz tam mində otuz) qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az