“Mercedes” yolayrıcına çırpıldı, sürücü öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mercedes” yolayrıcına çırpıldı, sürücü öldü

10:51 - 21 / 06 / 2016
“Mercedes” yolayrıcına çırpıldı, sürücü öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb.

Nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər K. Musayevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

1news.az

 

Paylaş:
382

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər