Həkim səhvən xəstənin sağlam ayağını kəsdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkim səhvən xəstənin sağlam ayağını kəsdi – FOTO – VİDEO

18:44 - 24 / 06 / 2016
Həkim səhvən xəstənin sağlam ayağını kəsdi – FOTO – VİDEO

Həkim xəstənin sol ayağı əvəzinə səhvən sağ ayağını kəsdiyini etiraf edib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, əməliyyatı həyata keçirən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov açıqlamasında deyib ki, xəstənin hər iki ayağı 4-cü dərəcəli ateroskleroz fonda xroniki işemiyadır.

87 yaşlı qadının heç bir ayağına qan gəlmir, qanqrena var: “Sol ayaqda proses daha çox, sağ ayaqda isə azdır. İki ayaqdan biri - sol ayağı daha tez kəsilməli idi. Xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat olunub. Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib. Onsuz da xəstənin sol ayağı da kəsilməlidir. Xəstənin övladlarını da başa salmışam ki, onun ayaqları yox kimi bir şeydir. Hara getsələr də, o xəstəni qəbul etməyiblər. Lakin bizdə əməliyyat olunmasına razılıq verdik. Yekunda belə oldu. Daha çox proses olan sol ayaq əvəzinə sağ ayaq kəsilib. Lakin onun ayaqlarının hər ikisində proses var və ayaqlarının hər ikisi kəsilməlidir”.

 Qeyd edək ki, yayılan xəbərlərə əsasən, şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o, bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

 Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb.

1news.az

Paylaş:
2515

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər