XİN müqəddəs Ramazan ayı münasibətilə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb | 1news.az | Xəbərlər
Siyasət

XİN müqəddəs Ramazan ayı münasibətilə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb

22:46 - 24 / 06 / 2016
XİN müqəddəs Ramazan ayı münasibətilə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb

Xarici İşlər Nazirliyi (XİN) müqəddəs Ramazan ayı münasibətilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb.

1news.az-a XİN-dən verilən xəbərə görə, nazir müavini Xələf Xələfov Azərbaycan dövlətinin İslam mədəniyyətinə hər zaman xüsusi qayğı ilə yanaşdığını, ölkə rəhbərliyinin İslam abidələrinin qorunub bərpa olunmasını daim diqqət mərkəzində saxladığını bildirdi.

Azərbaycanın müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni sahələrdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyinin təqdirəlayiq hal olduğunu qeyd etdi.

O, Azərbaycanda İƏT çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirildiyini bildirdi. Həmçinin, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunlarının keçirilməsinin planlaşdırıldığını, Naxçıvanın 2018-ci il İslam mədəniyyəti paytaxtı elan olunduğunu qeyd etdi.

İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığa, ədalətə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etdiyini vurğulayan X.Xələfov üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi vacibliyini bildirdi. O, 2016-cı ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə  dair   İƏT  çərçivəsində   xarici   işlər   nazirləri  səviyyəsində Təmas Qrupunun yaradılması bərədə qərarın qəbul edildiyini qeyd edərək, yaxın zamanlarda Təmas Qrupunun fəaliyyətə başlamasının münaqişənin həllinə öz töhfəsini verəcəyini vurğuladı.

X.Xələfov İslamafobiya meyllərinə qarşı mübarizə aparmaq üçün birgə səylərin artırılmasının vacibliyini bildirdi. İslamın tolerantlıq dini olduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini və bu il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirildiyini diqqətə çatdırdı.

X.Xələfov müqəddəs ayda İslam dünyası ölkələrinə sülh, əmin-amanlıq, inkişaf və rifah arzuladığını diqqətə çatdırdı.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami iftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirdi və Ramazan ayı münasibətilə Azərbaycan xalqına ən xoş arzularını ifadə etdi.

1news.az

Paylaş:
596

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər