Abşeronda 4 piyadanı vurub qaçan sürücü tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 4 piyadanı vurub qaçan sürücü tutulub

12:05 - 24 / 06 / 2016
Abşeronda 4 piyadanı vurub qaçan sürücü tutulub

Abşeron rayonu ərazisində idarə etdiyi avtomobillə yolu keçən 4 piyadanı vuraraq hadisə yerini tərk etmiş sürücü tutulub.

1news.az-ın Daxili İşlər Nazilriyinə istinadən veridiy məlumata əsasən, iyunun 21-də saat 23:00 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk edib.

Piyadalar xəstəxanaya yerləşdiriliblər.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulub.

1news.az

 

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər