Milli Məclisin deputatları Krans Montana Forumunun illik sessiyasında iştirak edəcəklər
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Ağalar Vəliyev iyunun 28-də Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak etmək üçün Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak edəcəkləri tədbirdə enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi, iqtisadi cinayətkarlığa qarşı mübarizə, fövqəladə halların idarə edilməsi, parlamentlər və dinlər arasında qlobal dialoqun təşviqi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Forumda Eldar İbrahimov iqtisadi inkişaf, sənaye sahəsində investisiya, iqlim dəyişikliyi və onların ətraf mühitə təsiri mövzusunda müzakirələr zamanı çıxış edəcək.