Azərbaycan və Avropa İttifaqı: 25 illik əməkdaşlıq və gələcəyə baxış | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Avropa İttifaqı: 25 illik əməkdaşlıq və gələcəyə baxış

11:12 - 27 / 06 / 2016
Azərbaycan və Avropa İttifaqı: 25 illik əməkdaşlıq və gələcəyə baxış

2016-cı ildə Azərbaycanla Avropa İttifaqı  (Aİ) birgə əməkdaşlığının 25-ci ildönümünə qədəm qoyur: ilk əlaqələr hələ 1991-ci ildə TACIS-in birlik ölkələrinə texniki yardım proqramı çərçivəsində başlayıb.

Gələcək münasibətlərin əsasına 1996-cı ildə imzalanan və 1999-cu ildə qüvvəyə minən Tərəfdaşlıq və əməkdaşlıq haqqında (PCA) razılaşma xidmət edib.

Ötən illər ərzində tərəflər ilk hüquqi sənəddən tutmuş “Şərq Tərəfdaşlığı” inteqrasiya proqramınadək, Azərbaycanın inkişafının maliyyə dəstəyindən tutmuş energetik sahədə strateji əməkdaşlığa qədər irəliləyiblər. 

Avropa Azərbaycan xalqı üçün hansı əhəmiyyətə malikdir və Avropa İttiqafı ilə əməkdaşlıq ölkəmiz üçün hansı imkanları açacaq?

“Avropa – hər şeydən öncə siyasi və iqtisadi inkişaf, mədəni birlik formalaşması ilə bağlı dəqiq planları olan  vahid ailə quruluşudur. Belə ki, Avropa indiyədək mövcud olan bütün siyasi sistemləri özündə təcəssüm etdirərək böyük imkanlara sahibdir”, -  Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əvəz Həsənov hesab edir.

“Hər kəs müxtəlifdir – hər kəs bərabərdir” ideyası Avropanın ən populyar dəyərlərindən biridir. Onun alternativi yoxdur. Belə ki, o insan hüquqlarına və müxtəlifliyə hörmətlə əsaslanır”, - həmçinin o, sözlərinə əlavə edib.

ADA Universitetinin rektor müavini Fariz İsmayılzadənin fikrincə Avropa inkişaf, irəliləyiş, insan haqları və demokratiya, tolerantlıq, eləcə də multikulturalizmin rəmzidir:

“Avropanın nüfuzu təhsil sahəsinə müsbət təsir göstərərək, Azərbaycan gənclərinin dünyagörüşünün genişlənməsinə, eləcə də onlar üçün böyük akademik imkanlar yaradır.

“Aİ ilə əməkdaşlıq Azərbaycan üçün çox vacibdir. Belə ki, biz – iqtisadiyyat və dövlət idarə sisteminin müasirləşməsi baxımından gənc ölkəyik. Avropa təcrübəsi, maliyyə yardımı, nou-hau texnologiyası olmadan bütün bunlar çox çətin ola bilər. Ən qabaqcıl təcrübəni tətbiq edərək Avropadan öyrənəcəyimiz çox şeylər var”, - deyə o, bildirir.

Politoloq  İlqar Verdizadə hesab edir ki, Aİ ilə iqtisadi planda qarşılıqlı əlaqə Azərbaycana iqtisadi rəqabət üstünlüklərini təkmilləşdirmək üçün imkanlar verəcək. Həmçinin bu əməkdaşlıq ixrac strukturunu optimallaşdırmağa, onun emal sahəsində, xüsusən də kənd təsərrüfatı sahəsində energetik tərkibinin müxtəlifliyi üçün yeni imkanlar açacaq. 

“Avropa investisiyalarının cəlb edilməsi Azərbaycanın Avropaya real iqtisadi inteqrasiyası üçün yeni imkanlar açacaq. Eləcə də, müvafiq nəqliyyat infrastrukturunun inkişafı bu prosesi daha da sürətləndirəcək”, - deyə, o bildirib.

“Həmçinin məsələ siyasətdə deyil”, - məşhur azərbaycanlı yazıçı Çingiz Abdullayev bildirib:

“Mədəni həyat – musiqi, ədəbiyyat, təsviri incəsənət, memarlıq, teatr – bütün bunlar mütləq əminliklə Azərbaycanın həqiqətən də Avropa ölkəsi olduğunu təsdiq edir”.

“Bizim üçün müstəsna olaraq özümüzü bəşəriyyətin daha sivil və irəliləmiş avanqardı olaraq Avropa cəmiyyətinin bir hissəsi hesab etməyimiz daha vacibdir. Biz hər zaman Avropada bütün yeni meyilləri tamamilə qəbul etməyə hazır deyilik. Belə ki, bəzən onlar mentalitet və ənənələrimizə ziddir. Lakin Avropa cəmiyyətinin bir çox qurğuları bizim üçün prioritetdir”. 

Bu günün nailiyyətləri

2009-cu ildən Azərbaycan Aİ tərəfindən Avropa İttifaqının postsovet ölkələrinin yaxınlaşması üçün təşəbbüs edilən “Şərq Tərəfdaşlığı” Avropa inteqrasiya proqramına qoşuldu. Proqram çərçivəsində Azərbaycanla Şengen zonası ölkələri ilə viza rejiminin sadələşdirlməsi məsələsi uzunmüddət gözlənilən əhəmiyyətli nailiyyət oldu.   

2014-cü ilin sentyabrından Azərbaycan vətəndaşları üçün az sənəd tələb edən qısamüddətli Şengen vizaları rəsmiləşdirildi. Prosesin baxılması vaxtı qısaldı, eləcə də vizaların məbləği iki dəfə azaldı. Razılaşmada həmçinin  rəsmi nümayəndələr, 12 yaşadək uşaqlar, təqaüdçülər, alim və tələbələr üçün viza rüsumunun ləğvi nəzərdə tutulur.

Lakin “Şərq Tərəfdaşlığı”nın məntiqi tamamlanmasına çatmaq – asossiativ razılaşmalar bağlanmasına tərəflər nail ola bilmədi. Azərbaycan elə 2014-cü ildə Aİ ilə standart assosiativ razılaşmadan imtina edərək, onunla fərdi strateji əməkdaşlığa üstünlük verdi. Həmçinin Bakının Aİ-nin azad ticarət zonası (DCFTA) haqda razılaşmasını imzalamağa hazır olmadığı da aydın oldu. Belə ki, razılaşmanın şərtlərindən biri Beynəlxalq Ticarət Təşkilata daxil olmaqdır ki, bu da hazırda Azərbaycan üçün prioritet məsələ deyil, çünki bu, ölkənin bəzi iqtisadi sektorlarını əlverişsiz vəziyyətə qoyacaq.

Bunun əvəzi olaraq Bakı Aİ-yə energetik əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında fərdi razılaşmalar təklif edir. Hazırda yeni razılaşma tərəflərin baxılması mərhələsindədir.

Azərbaycanda Aİ nümayəndə heyətinin rəhbəri Malena Mard bununla bağlı bildirib:

“Hər şey rəvan getmədi. Lakin “Şərq Tərfdaşlığı” proqramı çərçivəsində müsbət məqamlar da oldu. Biz, gələcək əməkdaşlıqda bu məqamlara əsaslanmalıyıq”.

25 illik əməkdaşlıq  ərzində Aİ tərəfindən Azərbaycanda müxtəlif inkişaf proqramlarına 580 milyon avro ayrılıb. Bu dövr ərzində Azərbaycanla Aİ arasında 43 tvinniq-layihəsi həyata keçirilib – bu, Ukraynadan sonra ən böyük sayda birgə layihələrdir. 

Yeni imkanlar və gələcəyə baxış

Azərbaycanda Aİ-dən münaqişələrin həll olunması məsələsində, xüsusən də Ermənistanla Dağlıq Qarabağ  münqişəsinin nizamlanmasında aydın mövqe gözlənilir. Brüssel isə bu məsələyə  ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməklə cəlbini məhdudlaşdırır.

“Avropa İttifaqının münaqişələrin həll edilməsi (tərəfdaş ölkələr ərazisində) məsələsinə daha çox diqqət etməsi və aqressiya hallarına qarşı daha aydın mövqe nümayiş etdirməsi lazımdır. Bəzən Aİ ikili standartlar nümayiş etdirir”, - ADA Universitetindən Fariz İsmayılzadə bildirir.

İB rəhbəri Əvəz Həsənov öz növbəsində Avropa İttifaqından Azərbaycanla siyasi dialoq baxımından ölkənin Avropaya inteqrasiya edilməsi məqsədilə siyasi və iqtisadi islahatların tətbiqində böyük fəallıq gözləyir. Həmçinin o, vətəndaş cəmiyyəti ilə ölkənin Avropa dəyərlərinin  anlayıb yayılmasında əməkdaşlığı davam etdirməyin vacibliyini də vurğulayıb: 

“Azərbaycanın gələcəyi bir çox sahələrdə Avropa qitəsi ilə bağlıdır. Məhz Aİ ilə Azərbaycanın qlobal iqtisadi layihələri, eləcə də neft-qaz ixracı da Avropa bazarlarına yönəlir, məhz Avropa yeni texnologiya və innovasiyalara təkan verir”.

Politoloq İlqar Verdizadə hesab edir ki, gələcəkdə Azərbaycanla Aİ-nin əlaqələri möhkəm təməl əsasında hazırlanan inkişafın prioritetlərinə uyğun olaraq təkmilləşdirmələri nəzərə alan strateji əməkdaşlıq haqqında razılaşma ilə əsaslanacaq. 

“Azərbaycan-Avropa əməkdaşlığının gələcəyi – Azərbaycanla Aİ-nin sonrakı inteqrasiyası və ölkəmizdə ən yaxşı Avropa təcrübəsinin tətbiqindədir. Başqa yolumuz yoxdur”, - deyə, Fariz İsmayılzadə bildirir. 

Yelena Ostapenko

Rus dilindən tərcümə edən: Samirə Xankişiyeva

Paylaş:
3602

Son xəbərlər

Bütün xəbərlər