ATƏT-in illik konfransında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in illik konfransında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

10:14 - 28 / 06 / 2016
ATƏT-in illik konfransında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT-in təhlükəsizlik sahəsində problemlərlə bağlı illik konfransına start veriləcək.

1news.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, 3 günlük konfransa çərçivəsində ATƏTməkanında münaqişəli vəziyyətlərə və onların region təhlükəsizliyinə təsirlərinə xüsusi sessiya həsr ediləcək.

Sessiya zamanı Ukrayna, Dağlıq Qarabağ və Dnestryanı münqaişələri müzakirə olunacaq.

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviçin sözlərinə görə, bu məsələlərlə bağlı hər-hansısa müsbət nəticə yoxdur.

Lakin ATƏT-də Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda baş tutan görüşlərindən sonra  ortaya “ehtiyatlı müsbət trendin” çıxdığı fikir formalaşıb.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər