Azərbaycan dünyaya öz multikulturalizmi və erməni terroru arasında seçim etməyi təklif edir – Kamal Abdullayev
Bu günlərdə erməni terroru bütün dünyaya meydan oxuyan bir sistemli sturktura çevrilib.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda keçirilən I Beynəlxalq dəyirmi masa çərçivəsində deyib.
“Həyata keçirdiyimiz bu böyük layihə “Multikulturalizmə qarşı terror” adlanır. Biz bu gün bu layihənin birinci mərhələsindəyik. Terror və multikulturalizmi müqayisə edərək dünya ölkələrinə öz siyasətlərini necə qurmaq barəsidə seçim verəcəyik”, - deyə K.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, erməni terroru mütəmadi olaraq Azərbaycan ərazisində baş qaldırıb.
“Erməni terroru bunun üçün mübit zəmin olduğu yerdə - multikulturalizmin, müxtəlifliyin və tolerantlığın olmadığı şəraitdə yaranır. Bu gün, müasir Ermənistan misalında, biz terrorçuluğun genişlənməyə cəhd etdiyinin şahidiyik. lakin vəziyyət artıq dəyişib. Biz bu torpaqlarda cərəyan etmiş həqiqətləri görməyə və dünya ictimayyətini buna inandırmağa başladıq. Bu ciddi ideoloji işdir”, - deyə K.Abdullayev əlavə edib.
Öz növbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) direktoru, deputat Yaqub Mahmudov qeyd edib ki, ermənilər Rusiya imperatoru I Pyotrun işğal məqsədi daşıyan qərarı ilə Qafqaza köçürülüb.
“1918-ci ildə yaradılan erməni dövləti Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başlayıb. Ermənilər bura gətirildikdən öncə, bölgənin xalqalrı sülh şəraitində yaşayırdılar. Lakin, qeyd etmək istərdim ki, ermənilərin cəzasız qalmasının səbəbini Avropa ölkələrinin ermənilərlə həmrəylikdə axtarmaq lazımdır. Bu dini həmrəylikdir.
Multikulturalizm bizim böyük qələbəmizdir. Artıq dünya seçsin: Azərbaycan multikulturalizmi, yoxsa erməni terroru”, - deyə Y.Mahmudov əlavə edib.
1news.az