Rusiyalı politoloq: “Müasir Ermənistan terrorizmin məhsuludur”
“Müasir Ermənistan terrorizmin məhsuludur”.
1news.az-ın verdiyi xəbərə görə, bunu rusiyalı siyasi analitik Oleq Kuznetsov çərşənbə axşamı Bakıda keçirilən “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq dəyirmi masada bəyan edib:
“Erməni terrorizmi spesifik xüsusiyyətlərə malikdir və onun fərqləndirici əlaməti transmillilikdir. Burada – dövlətçilik, dövlət sərhədləri və bəşəriyyət prinsipləri nəzərə alınmır”.
Onun sözlərinə görə, erməni terrorizmi – xərcəng hüceyrəsi kimidir, sağlam insanın vücuduna daxil olaraq onu parçalayır.
“Desələr də ki, ermənilər xristian xalqıdır, bu, belə deyil”, - deyən O.Kuznetsov 19-cu əsrin rus tədqiqatçısı Mixail Dubrovinə əsaslanaraq bildirir ki, ermənilər - bütpərəstlərdir. Onlar xristian adı altında xristianlıqdan əvvəlki dəyər və mərasimlərə sadiq qalıb.
Bundan əlavə, O.Kuznetsov bildirib ki, ermənilərin də büdpərəstlər kimi iki dini bayramı var.
“Bu, xristianlıqla heç bir əlaqəsi olmayan büdpərəst mahiyyəti daşıyan qurbankəsmə bayramıdır. Bu, insanları qurbangətirmə mərasimidir ki, buradan da ermənilərin terrora meyilliliyi aydın olur”.
Onun sözlərinə görə, ermənilər hərbçilərinin, Qarabağ döyüşlərində həlak olanların qəbirləri üzərində əsir götürdükləri azərbaycanlıları qurban kəsirdilər:
“Qarabağ döyüşlərində həlak olan erməni hərbçilərin məzarları üzərində azərbaycanlılar qurban kəsilirdi. Erməni terror ideologiyasının əsasında məhz büdpərəst qurbangətirmə mərasimi dayanır. Məhz buna görə də, terror siyasi mübarizə üsulu deyil, ermənilər üçün öz dinlərini tərənnüm etməkdir. Terrorizm – Ermənistanın ideologiyasının ifadə və mübarizə üsulu olaraq dövlət səviyyəsinə qaldırılıb. Ümumiyyətlə, deyə bilərik ki, müasir Ermənistan terrorizmin məhsuludur. Terror Ermənistan üçün dövlət siyasəti alətidir. Hazırda erməni terrorizmi yuxu vəziyyətindədir və istənilən an dünyanın istənilən ölkəsində yenidən oyana bilər. Hesab edirəm ki, erməni terrorizminin təhlükəsi aradan qaldırılmayıb”.
1news.az