“The Daily Caller” qəzetində Kluninin Ermənistanla əlaqələri barədə məqalə dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

“The Daily Caller” qəzetində Kluninin Ermənistanla əlaqələri barədə məqalə dərc olunub

12:52 - 28 / 06 / 2016
“The Daily Caller” qəzetində Kluninin Ermənistanla əlaqələri barədə məqalə dərc olunub

Amerikada çıxan “The Daily Caller” qəzetində Yaxın Şərq məsələləri üzrə ixtisaslaşan politoloq, Livan hökumətinin xarici siyasət məsələləri üzrə müşaviri Əli əl-Hüseyninin “Kluni və Ermənistan – Azərbaycana qarşı qəribə cütlük” sərlövhəli məqaləsi dərc olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müəllif bu məqalədə vəkil Amal Kluni və onun Ermənistanla əlaqələri barədə dəlillər təqdim edir.

Əl-Hüseyni yazır ki, Amal Kluni Ermənistanın mənafelərini təmsil edir. Bu fakt özlüyündə şübhəli seçimdir, çünki Ermənistan başqa ölkədən asılı “vassal”dır. Ermənistanı idarə edən repressiv və korrupsiyaya qurşanmış hökumət 2008-ci ildə öz ölkəsinin nümayişə çıxmış vətəndaşlarının gülləbaran edilməsinə sanksiya verib. Amal Kluni Türkiyə vətəndaşının 1915-ci il hadisələri barədə ermənilərin dedikləri ilə mübahisə etmək hüququ ilə bağlı “Perinçek İsveçrəyə qarşı” işi üzrə Ermənistanın mənafelərini təmsil etmək üçün tutulmuşdur. Kluninin bu iş üzrə gətirdiyi dəlillər söz azadlığı anlayışına zidd idi.

Müəllif öz mühakimələrində Amal Kluninin hansı səbəblərə görə Xədicə İsmayılovanın işini öz üzərinə götürməsi məsələsinə şübhə ilə yanaşır. Əl-Hüseyni yazır ki, Amalın əri Corc Kluni Ermənistanın indiki prezidenti, və keçmiş səhra komandiri Serj Sarkisyanın beynəlxalq aləmdə təcrid olunması imicini yumşaltmaq üçün bu il aprel ayında Ermənistana səfər edib.

Corc Kluninin səfəri Ermənistanda rejim əleyhinə nümayişlərdən diqqəti yayındırıb. Yerevanda Azərbaycan və Türkiyə bayraqlarının açıq şəkildə yandırılması ilə başa çatmış yürüşə Kluni başçılıq edirdi.

1news.az

Paylaş:
414

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər