Valter Ştaynmayer: “Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialı daşıyır” | 1news.az | Xəbərlər
Siyasət

Valter Ştaynmayer: “Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialı daşıyır”

14:10 - 29 / 06 / 2016
Valter Ştaynmayer: “Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialı daşıyır”

Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialı daşıyır və biz bu təhlükəni sovuşdurmaqda məsuliyyət daşıyırıq.

1news.az-ın RİA Novostiyə istinadən verdiyi məlumata əsasən, bu haqda Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer Cənubi Qafqaz bölgəsinə səfəri ərəfəsində deyib.

“Almaniyanın ATƏT-ə sədrlik etdiyi dönəmdə biz həm də etimadın yaradılması və qısa  zamanda danışıqların başlanması yolu ilə bu cür təhlükələrin sovuşdurulmasında  məsuliyyət daşıyırıq”, - deyə, V.Ştaynmayer qeyd edib.

Onun sözlərinə görə, bu Gürcüstanda mövcud olan münaqişələrə də aiddir.

Xatırladaq ki, bu gün  Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Cənubi Qafqaza üçgünlük səfəri başlayacaq.

Yerevan və Bakıda keçiriləcək siyasi görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsidir.

Bundan başqa V.Ştaynmayer 1 iyul tarixində Tiflisdə ATƏT-in Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcəkdir və bununla ATƏT-də parlament sisteminin rolunun gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Naziri Gürcüstanda yüksək səviyyəli mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcək.

1news.az

 

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər