İlham Əliyev Gəncədə əhaliyə dəyən ziyanın aradan qaldırılmasına 5 milyon manat ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Gəncədə əhaliyə dəyən ziyanın aradan qaldırılmasına 5 milyon manat ayırdı

18:44 - 29 / 06 / 2016
İlham Əliyev Gəncədə əhaliyə dəyən ziyanın aradan qaldırılmasına 5 milyon manat ayırdı

Prezident İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

1news.az

 

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər