Xaçmazda 77 yaşlı qadın çaqqalların hücumuna məruz qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda 77 yaşlı qadın çaqqalların hücumuna məruz qalıb

22:32 - 29 / 06 / 2016
Xaçmazda 77 yaşlı qadın çaqqalların hücumuna məruz qalıb

Xaçmaz rayonunun 77 yaşlı sakini Qızbəs İmaməliyeva çaqqalların hücumuna məruz qalıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Niyazabad kəndində günorta saatlarında baş verib. Qızbəs İmaməliyeva həyətyanı sahəsində cücələri yemləyərkən, gözlənilmədən çaqqalların hücumuna məruz qalıb.

Yaşlı qadını yırtıcıların əlindən səs-küyə həyətə çıxan qohumları xilas edib.

Təcili Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı qadın əməliyyat olunub. Hazırda Qızbəs İmaməliyevanın vəziyyəti kafidir.

1news.az

 

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər