Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Pakistanda da qeyd olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Pakistanda da qeyd olunub - FOTO

10:39 - 29 / 06 / 2016
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Pakistanda da qeyd olunub - FOTO

İslamabad şəhərinin Marriott Hotelində təşkil olunmuş mərasimdə Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib.

Səfirlikdən 1news.az-a verilən məlumata əsasən, Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək Azərbaycan prezidenti - Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə orduda aparılan mütəmadi islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bu gün regionda ən güclü və müasir ordu olduğunu bildirib.

Ermənistanın apardığı təcavüz, etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 30 ilə yaxındır müharibə şəraitində olduğunu, 20 faiz torpaqlarının işğal edildiyini, Azərbaycanlıların Xocalı Soyqırımı kimi bir çox dəhşətli qətliamlar yaşadığını vurğulayaraq bu gün Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu və torpaqlarımızı hər an azad etməyə qadir olduğunu diqqətə çatdırıb. Pakistan İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsində Azərbaycana göstərdiyi ədalətli və səmimi dəstəyin daim məmnunluqla qarşılandığını bildirən səfir Azərbaycan-Pakistan əlaqələrinin əbədi, sarsılmaz və möhkəm olduğunu bildirib.

Azərbaycanın Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik  Mehman Novruzov mərasimdə çıxış edərək Silahlı Qüvvələrimizin yaranma tarixindən və inkişaf yolundan danışıb. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlardan ibarət olan Azərbaycan Silahlı Qüvvələrinin güclü ordu olduğunu qeyd edib.

O, Silahlı Qüvvələrimizin Ermənistanın aprel ayının əvvəlində törətdiyi təxribatlara cavab olaraq əks-hücuma keçməsi və qısa müddət ərzində düşmənin müdafiə xəttini yararaq 20 ildən artıq düşmən işğalında olan torpaqlarımızın azad etməsini nümunə gətirməklə, ordumuzun yüksək döyüş qabiliyyətinin olduğunu və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirməyə qadir olduğunu qeyd edib. Azərbaycanla Pakistan arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edən polkovnik M.Novruzov, bu əlaqələrin hərbi sahəni də əhatə etdiyini, Azərbaycan-Pakistan silahlı qüvvələri arasında əməkdaşlığın ildən-ilə daha da dinamik inkişaf etdiyini və əməkdaşlıq sahələrinin genişləndiyini diqqətə çatdırıb.

İftar süfrəsinin də təşkil olunduğu mərasimdə Azərbaycanın və Azərbaycan Silahlı Qüvvələrinin inkişafını, Silahlı Qüvvələrimizin hazırkı döyüş qabiliyyətini, maddi-texniki bazasını əks etdirən video çarx və fotoşəkillər nümayiş olunub.

1news.az

Paylaş:
2520

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər