SAM rəhbəri Qarabağ nizamlanmasında müsbət dinamikanı qeyd edir
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin (SAM) rəhbəri Fərhad Məmmədov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikanı qeyd edir. Bu, aprel eslakasiyasından sonra tərəflərin atəşkəs rejiminə riayət etməsi və görüşlər zamanı əldə edilmiş qərarların yerinə yetirilməsilə bağlıdır.
“Danışıqların son mərhələsi Rusiya prezidentinin vasitəçiliyi ilə baş tutdu. Bu, nizamlanma prosesinə həmsədr-ölkələrin, xüsusən də Rusiyanın nə dərəcədə ciddi yanaşmasını nümayiş etdirir. Həmçinin bunu Azərbaycan Prezidenti qeyd edərək, Rusiya dövlət başçısına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamalanmasında göstərdiyi diqqətə görə minnətdarlığını da bildirdi”, - F.Məmmədovun beynəlxalq müzakirə saytı “Valday” da dərc olunan şərhlərində qeyd olunur.
“Azərbaycan lap əvvəldən münaqişənin nizamlanmasında danışıqlar predmetini əsaslı intensivləşdirmə, işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması ilə status-kvonun dəyişdirilməsi və qərarın mərhələli həllinin başlanğıcı sahəsində ümidləri doğrultduğu halda, erməni tərəfi təmas xəttində monitorinq prosesini ön plana çıxarır”, - deyə F.Məmmədov qeyd edib.
Bununla yanaşı, o, qeyd edib ki, “biri olmadan digəri mümkün deyil”:
“Proses bir tərəfdən əldə olunmuş razılaşmaların həyata keçirilməsi, digər tərəfdən isə nizamalanma prosesinin mərhələli icra olunması ilə irəliləməlidir”.
Bundan əlavə, F.Məmmədovun fikrincə, vasitəçilərin marağı razılaşmaların həyata keçməsi üçün əlverişli şərait yaradır, eləcə də, “təxribat risklərinin aşağı salınması və danışıqlar prosesindən uzaqlaşmanın qarşısını alır”.
1news.az