Baş Konsulluq: İstanbuldakı terror aktında zərər çəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur
“İyunun 28-də Atatürk Hava Limanında baş vermiş terror aktında zərər çəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur”.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib.
Terror aktından dərhal sonra Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda yaradılan Qaynar xətt səhərədək fəaliyyət göstərib.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.
Mövzu ilə əlaqədar oxuyun:
İstanbuldakı terrorla bağlı Azərbaycanın Baş Konsulluğunda qaynar xətt yaradılıb
İstanbulda həyata keçirilən teraktın qurbanlarının sayı artıb – FOTO - VİDEO - YENİLƏNİB
1news.az