Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

18:08 - 30 / 06 / 2016
Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

İyunun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Dövlət komitəsindən 1news.az-a verilən məlumata əsasən, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi, Nizami və Xətai rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək olan tolerantlıq mühitinin olduğunu vurğulayıb.

Qeyd edib ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov diqqəti din pərdəsi altında aparılan münaqişələrə yönəldərək bu gün dünyada bəzi dairələr, qüvvələr tərəfindən din amilindən geosiyasi, geoiqtisadi maraqlar üçün istifadə edilməsini vurğulayıb.

S. Heydərov dinin siyasiləşdirilməsinə cəhdlər olunduğunu və bunun nəticəsində minlərlə günahsız insanın öldürüldüyünü, yurd-yuvalarından didərgin düşdüyünü, aclıq və səfalətə sürükləndiyini vurğulayıb. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin qurduğu və  Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edərək regionun əsas söz sahiblərindən birinə çevrilən müasir Azərbaycan öz tarixi tolerantlıq və multikultural ənənələrinə əsaslanaraq formalaşdırdığı özünəməxsus dövlət-din münasibətləri modeli ilə dünyada örnək ölkəyə çevrilib. Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi barədə də məlumat verən Səyavuş Heydərov qeyd edib ki, son illər ölkəmizdə xüsusilə gənclərin milli-mənəvi dəyərlərə qayıdışı müşahidə olunmaqdadır. Bu, yaxşı bir haldır, lakin mənfi tendensiyaların bu prosesə müdaxiləsi yolverilməzdir. Filmdə dini ekstremizmin mahiyyəti, onun ictimai-siyasi, hüquqi, psixoloji və mənəvi tərəflərinin işıqlandırıldığını diqqətə  çatdıran Dövlət Komitəsinin sədr müavini radikalizmlə mübarizədə təkcə dövlətin müvafiq qurumlarının deyil, hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət düşdüyünü bildirib.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Binəqədi qəsəbəsi "Came" məscidinin axundu Şabala Əliməmmədov bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.

Dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışan natiqlər qeyd ediblər ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Bu mənada dini  maarifçilik  işinin  düzgün metodlarla  təşkilinə, gücləndirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

1news.az

Paylaş:
624

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər