Azərbaycanda iyunun 30-da 58 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda iyunun 30-da 58 cinayət faktı qeydə alınıb

17:59 - 01 / 07 / 2016
Azərbaycanda iyunun 30-da 58 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən iyunun 30-da 58 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 16-sı “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.

1news.az

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər