Heydər Əliyev Fondunun nümayəndələri müharibə və əmək əlilləri üçün pansionatda olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun nümayəndələri müharibə və əmək əlilləri üçün pansionatda olub - FOTO

20:59 - 03 / 07 / 2016
Heydər Əliyev Fondunun nümayəndələri müharibə və əmək əlilləri üçün pansionatda olub - FOTO

İyulun 3-də Heydər Əliyev Fondunun nümayəndələri ənənəvi olaraq Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüblər.

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, müntəzəm olaraq ahıllarla da görüşür, onların qayğıları ilə maraqlanır.

Ölkəmizdə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır, onların sosial problemlərinə həssas münasibət hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən işlərə, həyata keçirilən layihələrə dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu da töhfəsini verir. Bu diqqət və qayğı Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda da açıq-aydın hiss olunur.

Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın mütəmadi buraya baş çəkmələri, bu qəbildən olan insanlarla səmimi söhbət etmələri, onların qayğılarını diqqətdə saxlamaları bunu bir daha sübut edir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələrinin pansionata budəfəki gəlişi də bayram əhval-ruhiyyəsi ilə yadda qalıb.

Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə ulu öndər Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə bu pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 225 nəfər yaşayır. Onların özlərini evdəki kimi rahat hiss etmələri üçün pansionatda bütün lazımi şərait yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır, bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər sırasında qocaların səhiyyə ocaqlarında müayinə edilməsini, onlar üçün konsertlər və bayram şənliklərinin keçirilməsini qeyd etmək olar.

İyulun 3-də keçirilən tədbir bir-birindən şən musiqi nömrələri ilə və şux rəqslərlə davam edib. Bu isə pansionat sakinlərinin bayram əhval-ruhiyyəsini daha da artırıb.

Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Paylaş:
535

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər