Bağdadda törədilən terakt 200-dən çox insanın həyatına son qoydu | 1news.az | Xəbərlər
Dünya

Bağdadda törədilən terakt 200-dən çox insanın həyatına son qoydu

12:20 - 04 / 07 / 2016
Bağdadda törədilən terakt 200-dən çox insanın həyatına son qoydu

Bazar günü İraqın paytaxtı Bağdadda törədilən teraktın qurbanlarının sayı 213-çə çatıb.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, 200-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Terror aktı Bağdadın Əl-Karrada rayonunda həyata keçirilib.

Partlayıcı maddə ilə dolu avtomobil insanların çox olduğu yerdə partladılıb.

Bu hadisəyə görə məsuliyyəti öz üzərinə terrorçu İŞİD qruplaşması götürüb.

Qeyd edək ki, ilk məlumatlara əsasən, partlayış nəticəsində 165 nəfər həlak olmuşdu, 168 – yaralanmışdı.

1news.az

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər