FHN-nin əməkdaşları 2 nəfəri dənizdə batmaqdan xilas ediblər
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur.
Nazirlikdən 1news.az-a verilən məlumata əsasən, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişlər.
Əməliyyat saat 17:37-də başa çatmışdır.
1news.az
467