FHN-nin əməkdaşları 2 nəfəri intihardan xilas edib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olmuşdur.
FHN-dən 1news.az-a verilən məlumata əsasən, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınmış.
Sonra isə vətəndaşlar aidiyyəti üzrə təhvil verilmişdir.
Əməliyyat saat 00:47-də başa çatmışdır.
1news.az
481