Qubada qanunla qadağan edilən dini təriqəti təbliğ edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada qanunla qadağan edilən dini təriqəti təbliğ edən şəxslər saxlanılıb

16:20 - 07 / 07 / 2016
Qubada qanunla qadağan edilən dini təriqəti təbliğ edən şəxslər saxlanılıb

Qubada polis əməkdaşları qanunla qadağan edilən dini təriqəti təbliğ edən şəxsləri saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, iyulun 6-da Quba rayonunun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib, izahatları alındıqdan sonra buraxılıblar.

1news.az

 

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər