Qobustan rayonu Cəngi kəndində yerüstü piyada keçidi inşa olunur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustan rayonu Cəngi kəndində yerüstü piyada keçidi inşa olunur - FOTO

15:45 - 08 / 07 / 2016
Qobustan rayonu Cəngi kəndində yerüstü piyada keçidi inşa olunur - FOTO

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən müvafiq addımlar atılır.

ASC-dən 1news.az-a, bu çərçivədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi inşa olunur.

Keçidin uzunluğu 31 metr, eni isə 2,7 metrdir. Metal konstruksiyadan inşa olunan yerüstü piyada keçidinin üstü açıq olacaq.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması işləri çərçivəsində ümumilikdə 9 ədəd yerüstü piyada keçidinin inşası planlaşdırılıb.

Bundan başqa 19 ədəd yeraltı keçidin olması da nəzərdə tutulub. Artıq həmin yeraltı keçidlərdən 13-ü tam hazır vəziyyətdədir. Keçidlərin eni 4 və 6 metr olmaqla hündürlükləri müvafiq olaraq 2.5 və 4.5 metrdir.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər