60 min siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb – FOTO
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 7 hüquqpozma faktı üzrə müxtəlif markalı 60 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, siqaretlərin 19800 ədədi 3 fakt üzrə İdarənin “Samur” gömrük postunda aşkar edilib. Qaçaqmalçılıq predmetləri avtomobillərin müxtəlif hissələrindəki gizli bölmələrdə aşkar olunub.
“Yalama” gömrük postunda 1 fakt üzrə 3200, “Xanoba” gömrük postunda isə 3 fakt üzrə 37000 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gömrük ərazisinə keçirilməsinin qarşısı alınıb. Siqaretlər gömrük postunun idxal minik xəttində əvvəlcədən daxil olan əməliyyat məlumatına əsasən aşkar edilib.
Aşkar edilən faktlarla bağlı araşdırma aparılır.
1news.az