AMEA-nın əməkdaşları elmi-tədqiqat proqramı çərçivəsində Naxçıvana səfər ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-nın əməkdaşları elmi-tədqiqat proqramı çərçivəsində Naxçıvana səfər ediblər

19:52 - 08 / 07 / 2016
AMEA-nın əməkdaşları elmi-tədqiqat proqramı çərçivəsində Naxçıvana səfər ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları  – a.e.i., dosent Müseyib Yunusov, b.e.i. Elina Kərimova və a.e.i., dosent İrina Kuçinskaya iyulun 1-dən 3-dək Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olmuşlar.

AMEA-dan 1news.az-a verilən məlumata əsasən, "Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması" layihəsi əsasında baş tutan ekspedisiya AMEA-nın multidistiplinar elmi-tədqiqat proqramları çərçivəsində həyata keçirilmişdir.

Bu layihə Azərbaycanın müxtəlif regionlarında ekogeokimyəvi landşaft şəraitinin yerli əhalinin sağlamlığına təsirinin, ayrı-ayrı landşaft tiplərində makro- və mikro elementlərin və onların konsentrasiyasının  miqrasiya qanunauyğunluğunun öyrənilməsinə həsr olunmuşdur.

Layihə çərçivəsində artıq Böyük və Kiçik Qafqaza, Kür-Araz ovalığı və Lənkəran-Talış zonasına ekspedisiyalar həyata keçirilmiş və ətraflı məlumatlar  əldə edilmişdir.

Ekspedisiya zamanı Naxçıvanın landşaft-geokimyəvi, ekoloji xüsusiyyətlərini öyrənmək məqsədilə laboratoriya şəraitində spektral təhlil aparmaq üçün,  ümumilikdə,  65 torpaq, bitki, su və süxur nümunələri  götürülmüşdür.  Muxtar respublika ərazisində landşaft komponentləri üçün xarakterik olan və öz geokimyəvi xüsusiyyətləri ilə fərqlənən  20 sahə ayrılmışdır.  Əhalinin məskunlaşdığı və ətraf məntəqələrdə ekolandşaft mühitin tədqiqinə xüsusi diqqət verilmışdır.

NDU-nun Goğrafiya kafedrasının dosenti, c.ü.f.d. Nazim Bababəyli ekspedisiya zamanı tədqiqat işlərinin aparılmasında yaxından köməklik göstərmişdir.

1news.az

Paylaş:
438

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər