Neftin qiyməti yenidən bahalaşmağa başlayıb
London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.
1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.08% artaraq 46.9 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.84% artaraq 45.52 dollar təşkil edib.
1news.az
837