Bakınin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bu gün Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
1news.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar 8 iyul tarixində gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
339