Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb - FOTO

12:25 - 09 / 07 / 2016
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Rusiya Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbinin (RMTU AİM) tələbələri ilə görüşdə bir sıra layihə və təkliflər müzakirə olunub.

1news.az xəbər verir ki, rusiyalı tələbələr səfərləri barədə təəssüratlarını bölüşərək Bakıda olduqları müddətdə paytaxtımızla geniş tanışlıq imkanı yarandığını bildiriblər. Tələbələr buradakı qonaqpərvərlik və Bakının gözəlliyinə heyran olduqlarını deyiblər.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, ölkə daxilində və Azərbaycandan kənarda həyata keçirilən layihələr, o cümlədən valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı görülən işlər barədə danışıb. Bildirib ki, Fondun sosial-humanitar sahələrdəki fəaliyyəti cəmiyyətdə vacib rol oynayır.

Rusiyalı qonaqlar Leyla Əliyevanın Moskva Dövlət Universitetində, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ekologiya və sosial mövzularda mühazirə ilə çıxış etməsi təklifini irəli sürüblər. Eyni zamanda, görüşdə MDBMİ-nin nəzdindəki “Negotiation Glub” çərçivəsində beynəlxalq turnirin keçirilməsi məsələsi müzakirə olunub.

1news.az

Paylaş:
525

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər