Azərbaycanda bir gündə iki nəfər boğulub
Azərbaycanda bir gündə iki boğulma hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bədbəxt hadisələrin hər ikisi iyulun 9-da, şənbə günü qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini Sənan Babayev Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən “Nohur” gölündə çimərkən, Astara rayon sakini Mehriban Ağayeva isə Lovain kəndinin su anbarına düşərək boğulub.
Boğulan şəxslərin meyitləri sudan çıxarılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
1news.az
425