Təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək

18:49 - 11 / 07 / 2016
Təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov iyulun 19-da saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarının sakinlərini qəbul edəcək.

1news.az-ın məlumatına görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 11, 12, 13, 14 və 15-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və yahttp://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

1news.az

 

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər