İyun ayında axta¬rışda оlan 449 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İyun ayında axta¬rışda оlan 449 nəfər saxlanılıb

23:24 - 11 / 07 / 2016
İyun ayında axta¬rışda оlan 449 nəfər saxlanılıb

Cari ilin iyun ayı ərzində cina¬yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər¬baycan Rеs-publikası hüquq-mühafizə оrqanları tərəfindən axta¬rışda оlan 449 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat veriblər.

Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 3 kilоqram 855 qram narkоtik maddə aşkar edilərək götürülüb.

İyun ayının 7-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda bir ədəd bağlamada 2 kiloqram həşiş, 1 kiloqram heroin, 100 həb “Mudraxs”, 380 həb “Metadon-40”, 90 həb “Travmadol-100” və 2400 manat Azərbaycan valyutası aşkar edilərək götürülüb.

İyun ayının 20-də qabaqlayıcı əməliyyat məlumatına əsasən Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə sərhəd gözətçi kateri tərəfindən buylara baxış keçirilərkən iki bağlamada 476 qram həşiş, 112 qram heroin aşkar olunub.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə¬ya¬ta kеçirilmiş tədbirlər nəticəsində 67 halda ümumi dəyəri təq¬ribən 142 min 745 manat оlan qaçaqmal, о cümlədən 2 ədəd tüfəng, 1 ədəd pnеvmatik tapança, pnеvmatik tapança üçün 30 ədəd 9 mm-lik patron, 42 ədəd 5,6 mm-lik patron, 5 ədəd 16 mm-lik patron, 15 ədəd alışdırıcı, 1560 ABŞ dolları, 2562 manat Azərbaycan valyutası, 950 Avropa ölkələrinin valyutası, 24003 qutu siqaret, 12 ədəd mоbil tеlеfоn, müxtəlif növ dərman prеparatları, spirtli içkilər, sənayе və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqa¬mətində tədbirlər davam еtdirilir.

1news.az

 

Paylaş:
402

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər